Kamçatkada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Turkustan.az xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.
Vilayətin qubernatoru Vladimir Solodov bildirib ki, zəlzələlər regional paytaxtda 4-6 bal hiss olunub. Sunami təhlükəsi elan edilib:
"Xalaktırski çimərliyinə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olun"./modern.az/