AZ

La Liqada avqustun ən yaxşısı müəyyənləşib Bu Mbappe və ya Yamal deyil

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasının rəsmi saytı cari mövsümdə avqustun ən yaxşı oyunçusunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, bu, "Vilyarreal"ın hücumçusu Nikolas Pepedi.

Yeni mövsümün ilk üç turunda Pepe iki qol vurub və bir məhsuldar ötürmə edib.

Pepenin 30 yaşı var. O, 2024-cü ilin yayında "Villarreal"a keçib. Ümumilikdə komandanın heyətində 31 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, fərdi mükafata iddialılar arasında daha 4 futbolçu olub: “Real Madrid”in hücumçusu Kilian Mbappe, “Atletik Bilbao”nun cinah oyunçusu Niko Uilyams, “Barselona”nın vingeri Lamine Yamal və “Espanyol”un cinah oyunçusu Pere Milla.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
icma.az

2Mənbələr