AZ

Tramp mühüm görüş keçirdi – təfərrüatlar gizli saxlanılır

Donald Tramp Qətərin baş naziri ilə görüşüb.

News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüş keçirib.

Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında görüşün baş tutduğunu təsdiqləyib. Bildirilib ki, Prezident Tramp planlaşdırıldığı kimi Qətər baş naziri ilə nahar edib.

Mətbuat xidməti görüşün digər təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton administrasiyası Trampın və onun sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Steven Uitkoffun Qətər baş naziri ilə görüşünün nəzərdə tutulduğunu açıqlamışdı.


Seçilən
150
5
news24.az

6Mənbələr