Misli Premyer Liqasında IV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq. Günün ilk oyununda "İmişli" Quba Olimpiya İdman Kompleksində "Sumqayıt"ı qəbul edəcək.
Debütant "İmişli"nin aktivində 3 turdan sonra 2 xal var. "Sumqayıt" isə 7 xal toplamağı bacarıb.
Misli Premyer Liqası, IV tur
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu