ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. SİA xəbər verir ki, "Politico" nəşri Avropa Komissiyasının nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, ilin sonuna qədər Aİ ölkələri üçün rusiyalılara vizaların verilməsinə dair daha sərt tövsiyələr təqdim ediləcək.
Qeyd olunur ki, xüsusilə İttifaqın şərq qanadında təmsil olunan ölkələr bu məhdudiyyətlərin tətbiqi istiqamətində uzun müddətdir təşəbbüslərlə çıxış edirlər.
Bununla belə, viza verilməsi məsələsi hər bir üzv dövlətin səlahiyyətində qaldığından Avropa Komissiyası Rusiya vətəndaşlarının İttifaqa tam girişini məhdudlaşdıra bilmir.
Rəsmi statistikalara əsasən, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ və Şengen zonası ölkələrinə, o cümlədən İsveçrəyə səyahət üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu, əvvəlki illə müqayisədə 20 faiz artım deməkdir, lakin 2019-cu ilin göstəricilərindən xeyli aşağıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.