AZ

Dünya çempionatı: 4 güləşçimiz mübarizəyə başlayır

Azərbaycanın sərbəst güləşçiləri bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək dünya çempionatında mübarizəyə başlayır. 

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili xalça üzərinə çıxacaq. 

Novruzov, Meşvildişvili və Djioyevin ilk rəqibləri təsnifat mərhələsindən sonra bəlli olacaq. Heybətov bu raundda iranlı Əmir Məhəmməd Yazdani ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq.

Seçilən
57
4
bakivaxti.az

5Mənbələr