AZ

Fazil Mustafa: “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək”

Millət vəkili Ceyhun Məmmədov Milli Məclisdə dini sahə ilə bağlı dinləmələrin keçirilməsini təklif edib. Deputat parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deyib ki, qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir. 

Onun sözlərinə görə, son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur: "Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr xüsusilə dini sahədə aktivləşirlər. Din bu gün onlar üçün əsas təsir alətinə çevrilib. Gələcəkdə bu cəhdlər artacaq. Bizə yad olan qeyri-ənənəvi təriqətlər yayılır. Buna görə də təklif edirəm ki, ölkədə dini sahə ilə bağlı dinləmə keçirilsin".

Deputat həmkarının təklifini dəyərləndirən millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında deyib ki, bu kimi məsələlər hər zaman parlament üzvlərinin diqqətindədir. Parlamentari qeyd edib ki, məsələyə ümumi dini durumla bağlı müzakirə kontekstində baxmağı düşünürlər:

 "Bütövlükdə sadəcə qeyri-ənənəvi dini təriqətlər, ya başqa mövzular kimi yox, ümumiyyətlə, Azərbaycanda dini vəziyyətin təhlili istiqamətində və onun qanunvericilikdə necə tənzimlənməsi ilə bağlı müzakirələrə ciddi ehtiyac var. Ona görə də belə təkliflər ciddi araşdırılır, qiymətləndirilir. Ümid edirəm ki, yaxın zamanlarda bu istiqamətdə daha ciddi işlər görüləcək".
Seçilən
0
1
sherg.az

2Mənbələr