AZ

Hakan Fidan: Şülh sazişinə son imzalar atıldıqdan sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətlənəcək

İstanbul, 13 sentyabr, Günel Karatepe, AZƏRTAC

Ermənistanla Azərbaycan arasındakı Şülh sazişinə son imzalar atıldıqdan dərhal sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətli şəkildə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fodan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda ifadə edib.

Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib.

Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib.

Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib.

 

 

Seçilən
22
5
azertag.az

6Mənbələr