AZ

Türkiyə millisinin sabiq müdafiəçisi I Liqa klubunda

Türkiyə millisinin sabiq üzvü Hasan Ali Kaldırımın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı sol cinah müdafiəçisi karyerasını I Liqada davam etdirəcək.

Hasan Ali "Amedspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Hasan Ali Kaldırımın son klubu "Kayserispor" olub. O, daha əvvəl "Fənərbaxça", "Başakşehir" və "Ankaragücü"də çıxış edib.

Seçilən
45
sportinfo.az

1Mənbələr