AZ

Zəngəzur dəhlizi açılarsa: Orta Asiya və Avropa arasında yeni iqtisadi körpü

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakı və İrəvan arasında sülh prosesinə Avropa dövlətlərinin dəstəyinin önəmi artmaqdadır.

Son məlumatlara görə, Almaniya Azərbaycan və Ermənistan arasında sülh təşəbbüslərini dəstəkləməyə davam edir. Bu çərçivədə Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetlə görüşərək tərəflərarası münasibətlərin normallaşdırılması və sülh sazişinin paraflanması məsələlərini müzakirə edib.

Görüşdə vurğulanıb ki, sülh sazişi yalnız uzunmüddətli münaqişəyə son qoymaqla kifayətlənmir, həm də Qafqaz regionunun sabitliyini gücləndirir və Avropa ilə Mərkəzi Asiya arasında yeni iqtisadi və nəqliyyat əlaqələrini açır.

Britaniyanın yeni XİN başçısı Ukraynaya ilk səfərini edib. Bu səfərin nəticəsi nələr ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Mərkəzi Asiya və Avropa İttifaqı arasında əlaqələr 1991-ci ilin sonlarından etibarən yaranmağa başlayıb. Lakin indiyədək bu əlaqələr strateji əməkdaşlıq səviyyəsinə çatmayıb: 

"Bunun bir neçə səbəbi var. Mərkəzi Asiya ölkələrinin Sovet İttifaqı dövründən sonra Rusiya ilə iqtisadi əlaqələrini davam etdirməsi, ticarət yollarının kifayət qədər işlək olmaması və digər amillər bu vəziyyəti izah edir".

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu, Orta Asiya və Avropa arasında əlaqələrə mühüm təsir göstərə bilər. Xüsusilə vurğulamaq lazımdır ki, sülh müqaviləsi nəticəsində Zəngəzur dəhlizi açılacaq:

"Bu dəhliz açıldığı təqdirdə Çin, Mərkəzi Asiya ölkələri və digər regionlarla Avropa İttifaqı arasında Orta dəhliz vasitəsilə ticarət əlaqələri daha da güclənəcək".

Kazım Kazımov: Orta dəhliz coğrafi olaraq daha qısa və siyasi baxımdan daha stabil bir alternativ kimi çıxış edir

Politoloq əlavə edib ki, bu gün Cənub dəhlizi İsrail, Fələstin və Yəmənlə bağlı risklər səbəbindən etibarlı deyil. Şimal dəhlizi isə Rusiya və Ukrayna arasında davam edən müharibə və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar üzündən çətinliklərlə üzləşir:

"Bu baxımdan Orta dəhliz coğrafi olaraq daha qısa və siyasi baxımdan daha stabil bir alternativ kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması Qafqazı Qərb və Şərq arasında yeni bir körpü roluna gətirəcək. Azərbaycan bu gün Mərkəzi Asiya ölkələri ilə yaxşı əlaqələrə malikdir və Türk Dövlətləri Təşkilatında birlikdə fəaliyyət göstərir. Beləliklə, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması Orta Asiya ölkələrinin Avropa ilə iqtisadi və ticarət əlaqələrini möhkəmləndirəcək".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
bakivaxti.az

1Mənbələr