AZ

AK Partiya heyəti Naxçıvanda

Dünən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfərə gəlib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qonaqlarla görüşdə ümummilli lider Heydər

Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq yaranıb genişlənən Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ölkələrimizin liderlərinin rəhbərliyi və hakim partiyaların qurduğu işgüzar əlaqələrlə ilə davamlı inkişafda olduğunu məmunluqla ifadə edib, Naxçıvanın Türk dünyası üçün birləşdirici önəmini vurğulayıb.

Söhbət zamanı bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə edilib.

Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.

XQ

Seçilən
16
1
xalqqazeti.az

8Mənbələr