Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi ilk dəfə həlledici mərhələyə qatılacaq.
Şanxayda baş tutacaq mərhələdə komandamız B qrupunda mübarizə aparacaq. Basketbolçularımız Kanada və Niderlandın U-25 milliləri, həmçinin Rumıniyanın “Rapid” klubu ilə üz-üzə gələcək.
Dünya Qadın Seriyası
Final mərhələsi
13 sentyabr
11:25. Kanada – Azərbaycan
13:25. Azərbaycan – Niderland U-25
16:55. "Rapid" – Azərbaycan
Qeyd edək ki, yarışda qrup qalibləri yarımfinala yüksələcək, 2-3-cü yerlərin sahibləri 1/4 finalda çıxış edəcəklər. Final mərhələsi sabah başa çatacaq.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.