AZ

"Qarabağ"la oyunda qalib gəlməliyik" - Brunu Laji

Portuqaliyanın "Benfika" klubu evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda qalib gəlməlidir.

Bakıvaxtı.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Brunu Laji açıqlama verib.

49 yaşlı mütəxəssis "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra fikirlərini bölüşüb: 

"Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".  

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
38
3
bakivaxti.az

4Mənbələr