AZ

Bu ölkə vətəndaşlarının Avropaya getməsi çətinləşə bilər

Avropa İttifaqı ruslara vizaların verilməsini sərtləşdirməyə hazırlaşır.

News24.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsinə istinadən yayılan məlumata görə, Aİ Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını daha sərt hala gətirmək niyyətindədir.

Bildirilir ki, ilin sonuna qədər Aİ-yə üzv ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı yeni tövsiyələr dərc ediləcək.

Qeyd olunur ki, vizaların verilməsi birbaşa Aİ-yə üzv ölkələrin səlahiyyətində olduğundan, Avropa Komissiyası rus vətəndaşlarının bloka girişinə tam qadağa qoya bilməz.


Seçilən
117
1
news24.az

2Mənbələr