AZ

Nazir: Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edirəm

Olke.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın hücumlarına baxmayaraq Azrbaycan bundan sonra da Ukraynaya əlavə yardım göstərəcək.Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ukraynanın energetika naziri Svitlana Qrinçukla onlayn görüşü zamanı deyib.Ukrayna Energetika Nazirliyinin yaydığı məlumata görə, görüş zamanlı tərəflər Rusiyanın hücumları nətivcəsində Ukraynanın enerji sistemindəki mövcud vəziyyət müzakirə edilib.

Qrinçuk Ukraynanın enerji sektoruna verdiyi dəstəyə  və bu yaxınlarda humanitar yardımın çatdırılmasına görə Azərbaycana minnətdarlığını bildirib.Nazir Şahbazov isə öz növbəsində Rusiyanın hücumlarının davam etməsinə baxmayaraq Azərbaycanın bunda sonra da  Ukraynaya əlavə yardım göstərməyə hazır olduğunu təsdiqləyib.Görüş zamanı iştirakçılar gələcək üçün ümumi prioritetləri müəyyən edib və ölkələr arasında əməkdaşlıq üçün yol xəritəsini yeniləyiblər. Qaz tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi, Trans-Balkan Qaz Dəhlizinin inkişafı, o cümlədən neft məhsullarının ixracı/idxal imkanları müzakirə edilib.

Qrinçuk Azərbaycan şirkətlərinin həm avadanlıq tədarükçüsü, həm də investor kimi Ukraynaya cəlb edilməsinin vacibliyini vurğulayıb.

“Mən Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə səmimi qəlbdən təşəkkür edirəm. Hökumətlərarası komissiyası səmərəli  fəaliyyət göstərir və birgə enerji layihələri icra olunur. Azərbaycanın 43 milyon dolları ötən humanitar yardımının 12 milyon dollara yaxını enerji sektorunun ehtiyaclaırna yönəldilib”, - Qrinçuk vurğulayıb.Ukrayna və Azərbaycan müvafiq məlumat mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün daimi əlaqə saxlamaq barədə razılığa gəliblər.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
olke.az

2Mənbələr