AZ

Alkaras: 6 cı “Böyük dəbilqə” və 5 milyon dollar!

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İlin “Böyük dəbilqə” seriyalı son turniri – Amerika Açıq Çempionatı bazar günü başa çatdı."Football-plus.az" xəbər verir ki, qadınlar arasında qalib Arina Sobolenko – Amanda Anisimova duelində müəyyənləşdi. 1 saat 36 dəqiqə davam edən oyun 27 yaşlı Sobolenkonun qələbəsi ilə başa çatdı. Belaruslu tennisçi karyerasında 4-cü dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi oldu. O, “US Open”də titulunu qorudusa, iki dəfə də “Australian Open”dən (2023, 2024) qələbə ilə ayrılıb. 24 yaşlı Anisimova isə il ərzində 2-ci dəfə “Böyük dəbilqə” finalında uduzdu. İyulda da “Uimbldon”un həlledici oyununda İqa Sventeklə bacarmamışdı. Ümumiyyətlə, Sobolenko belə turnirlərdə 100-cü qələbəsini qazandı. Onun oyunsonrası mətbuat konfransına şampan şərabı şüşəsi ilə gəlməsi də diqqəti çəkdi.Kişilər arasında finalı səbirsizliklə gözləməyə dəyərdi. Son illər belə turnirlərdə ab-havanı Yannik Sinnerlə Karlos Alkaras müəyyənləşdirir. “US Open”in finalında da məhz italiyalı və ispaniyalı tennisçilər üz-üzə gəldi. ABŞ prezidenti Donald Trampın finalı izləməsi üzündən təhlükəsizlik tədbirləri bir qədər də gücləndirildiyinə görə final görünü 50 dəqiqə gecikmə ilə başladı, yəni Bakı vaxtı ilə saat 22.00-da korta çıxmalı olan tennisçilər təxminən bir saat gözlədi. Nyu-Yorkda, Artur Eşin adını daşıyan stadionda keçirilən oyun 2 saat 44 dəqiqə davam etdi. Dünyanın 2-ci raketkası Alkaras reytinqin birincisi Sinnerlə duelin yalnız 2-ci setində çətinlik çəkdi. Bu tennisçilər cari mövsümdə finallarda 5-ci, “Böyük dəbilqə” turnirlərində 3-cü dəfə qarşılaşdı. Əvvəlki iki finalın birində (Rolan Qarros) Alkaras, o birində (Uimbldon) Sinner qalib gəlmişdi.22 yaşlı Alkaras karyerasında 6-cı dəfə “Böyük dəbilqə”nin qalii oldu. O, buna qədər 1 dəfə “US Open”də (2022), hərəsində 2 dəfə “Uimbldon”da (2023, 2024) və “Rolan Qarros”da (2024, 2025) kuboku başı üzərinə qadırıb. Ümumiyyətlə, ATP turnirlərində 23 titulu olan Alkaras məhz “US Open”i qazandığına görə büdcəsinə 5 milyon dollar əlavə etdi.ReaksiyalarAmanda Anisimova:

“Əla yay oldu. Ardıcıl iki finalda uduzmaq ağırdı, ancaq bu da dəyərli təcrübədi. Düşünürəm ki, bu gün arzularım uğrunda yetərincə mübarizə apara bilmədim. Qeyri-adi oyun göstərən Arinanı təbrik etmək istəyirəm. Onun kortdakı uğurları ilə qürur duyuram”.

Arina Sobolenko:

“Amandanı ardıcıl iki dəfə “Böyük dəbilqə”də finala çıxdığına görə təbrik edirəm. Finalda uduzmağın necə ağır olduğunu anlayıram. Amanda, əmin ol ki, “Böyük dəbilqə”ni ilk dəfə qazanacağın gün yaxındadı. Qeyri-adi oyun göstərirsən. Səni və komandanı təbrik edirəm. Belə məğlubiyyətlərdən sonra qələbə sevinci daha möhtəşəm olur”.

Karlos Alkaras:

“Yannik, möhtəşəm mövsüm oldu, çoxlu yaxşı oyun keçirdin. Çoxlu titullarına görə səni təbrik edirəm. Səni ailə üzvlərimdən daha çox görürəm. Kortu sənlə bölüşmək mənim üçün çox xoşdu. Komandama və ailəmə də təşəkkür edirəm. Təkcə tennisçi yox, adam kimi böyüməyimə də yardımçı olursuz”.

Kişilər, fərdiyarımfinalAlkaras (İspaniya, 2) – Cokoviç (Serbiya, 7) 6:4, 7:6 (7:4), 6:2Sinner (İtaliya, 1) - Oje-Alyassim (Kanada, 25) 6:1, 3:6, 6:3, 6:4finalAlkaras (İspaniya, 2) - Sinner (İtaliya, 1) 6:2, 3:6, 6:1, 6:4Kişilər, cütlərin yarışıQranolyers/Sebalyos (İspaniya/Argentina) – Solsberi/Skupski (B.Britaniya) 3:6, 7:6, 7:5Qadınlar, fərdifinalSobolenko (Belarus, 1) - Anisimova (ABŞ, 8) 6:3, 7:6 (7:3)Qadınlar, cütlərin yarışıDabrovski/Rutliff (Kanada/Yeni Zelandiya, 3) – Sinyakova/Taunsend (Çexiya/ABŞ, 1) 6:4, 6:4QarışıqErrani/Vavassori (İtaliya) – Sventek/Ruud (Polşa/Norveç) 6:3, 5:7, 10:6

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
icma.az

2Mənbələr