AZ

Dünya çempionatında Azərbaycan güləşçiləri xalçaya çıxır

Azərbaycanın sərbəst güləş üzrə idmançıları bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında çıxışa başlayır. SİA xəbər verir ki, yarışın ilk günündə Nürəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili xalça üzərinə çıxacaq.

Novruzov, Djioyev və Meşvildişvilinin ilk rəqibləri təsnifat mərhələsinin nəticələrindən sonra müəyyənləşəcək. Heybətov isə debüt görüşündə iranlı pəhləvan Əmir Məhəmməd Yazdani ilə qarşılaşacaq.

Qeyd olunur ki, mundial sentyabrın 21-də yekunlaşacaq.

Seçilən
15
1
sia.az

2Mənbələr