AZ

Qızılağac Milli Parkında yanğın baş verib

Masallı rayonunda, Qızılağac kəndinə yaxın ərazidə Qızılağac Milli Parkında yanğın qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının söndürülməsi üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Havanın küləkli olması əməliyyatı çətinləşdirsə də, həyata keçirilmiş zəruri tədbirlər nəticəsində yanğın geniş ərazilərə yayılmadan məhdudlaşdırılıb.

Hazırda yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

Seçilən
32
sia.az

1Mənbələr