AZ

Zəlzələdən sonra Rusiya və ABŞ-də sunami təhlükəsi

Rusiyanın şərqində yerləşən Kamçatka Yarımadasında 7,7 bal gücündə zəlzələ baş verib.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi açıqlamada, zəlzələnin episentrinin yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində yerləşdiyi bildirilib.

Kamçatka bölgəsinin valisi Vladimir Solodov sosial media hesabında verdiyi açıqlamada, zəlzələdən sonra mütəxəssislərin sosial obyektləri və yaşayış binalarını yoxlamağa başladığını, bütün xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd edib.

Bölgənin paytaxtı Petropavlovsk-Kamçatskiy şəhərində təkanların 4-6 bal gücündə hiss edildiyini vurğulayan Solodov, “Sunami təhlükəsi elan edilib” deyib.

Solodov vətəndaşlara Halaktırskiy çimərliyi və digər sunami təhlükəsi olan ərazilərdə ehtiyatlı olmaları ilə bağlı çağırış edib.

Hazırda dağıntı və ya ciddi zərər barədə məlumatın olmadığını bildirən Solodov, yenilənmiş məlumatlara əsasən zəlzələnin episentrində gücünün 7,7 bal olaraq müəyyən edildiyini açıqlayıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) açıqlamasında zəlzələnin episentrinin Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində olduğu qeyd olunub.

Açıqlamada zəlzələnin 39,5 kilometr dərinlikdə baş verdiyi və gücünün 7,4 bal olduğu bildirilib.

Qeyd edək ki, bölgədə 30 iyul tarixində 8,8 bal gücündə zəlzələ baş vermişdi.

Seçilən
3
cebheinfo.az

1Mənbələr