AZ

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyədə Bayrampaşa Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Hasan Mutlu da daxil olmaqla 48 şübhəli saxlanılıb.

Demokrat.az bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.

Bildirilib ki, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 23-də İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində sabiq sədr Əkrəm İmamoğlu barəsində həbs qərarı verilib.

Seçilən
30
demokrat.az

1Mənbələr