AZ

Lamin Yamal "Qızıl top"u qazanmasa, nə edəcəyini açıqlayıb

“Barselona”nın gənc hücumçusu Lamin Yamal 18 yaşında “Qızıl top” qazanmaq ehtimalından danışıb.

İdman.biz xəbər verir ki, ulduz futbolçu mükafatı qazanmayacağı halda nə edəcəyini açıqlayıb.

Yamal bildirib ki, bu, onun üçün arzusunda olduğum bir mükafatdır: “Qızıl top” futbolda ən nüfuzlu fərdi mükafatlardan biridir. Əgər qazansam, bunu ailəm və daim yanımda olan dostlarımla qeyd edəcəyəm. 18 yaşımda qazanmaq inanılmaz olardı, lakin bu dəfə alınmasa nə baş verəcək? - hər gün üzərimdə işləməyə davam edəcəyəm”..

Qeyd edək ki, mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Yamal ötən mövsüm bütün turnirlərdə 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr