“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri çərçivəsində görülən işlərin cari ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Ekoloji məsələlər üzrə” İşçi qrupun iclası keçirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə nəzərdə tutulan tədbirlər icraçı qurumlar tərəfindən uğurla həyata keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Strategiya çərçivəsində görülən işlər, qarşıda duran vəzifələr barədə danışıb.
Sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri ilə bağlı hesabatı təqdim edib.
İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, icra prosesinin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
XQ