AZ

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı Qazaxda saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 34 yaşlı İ.Çalımın öz ölkəsində cinayət törətdiyi məlum olub.

Türkiyədə qəssab işləmiş Çalım məsuliyyətdən yayınmaq məqsədilə Naxçıvan şəhər sakini ilə əlaqə yaradıb. O, ötən il 1500 manat müqabilində maşının baqajında Azərbaycana keçirilib, bir müddət Bakıda kirayədə yaşayıb.

Qəssab daha sonra saxta pasportla Azərbaycandan Gürcüstana getmək istəyib. Lakin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində yoxlama zamanı sərhədçilər tərəfindən saxlanılıb. Ona qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə maddələri üzrə cinayət işi açılıb.

Qazax Rayon Məhkəməsi türkiyəli müttəhimin iki azyaşlı övladını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alıb. Hökmə əsasən, İ. Çalım 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
16
qafqazinfo.az

10Mənbələr