AZ

Hakan Fidan: İsrail zəif qonşular görmək istəyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, daha ədalətli və sabit bir dünya nizamının qurulması üçün ilk addım Qəzzadakı reallıqları qəbul etmək və İsrailin insanlığa qarşı cinayətlərini ifşa etmək olmalıdır.

Turkustan.az xəbər verir ki, Fidan bu fikirləri İtaliyanın paytaxtı Romada yerləşən aparıcı beyin mərkəzlərindən biri — Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda səsləndirib. Konfrans IAI direktoru Nathalie Toccinin moderatorluğu ilə baş tutub.

Fidan çıxışında Türkiyə və İtaliyanın təkcə Aralıq dənizi regionunda qonşu olmadığını, eyni zamanda NATO müttəfiqləri və G20 çərçivəsində strateji tərəfdaşlar olduğunu vurğulayıb:
“Türkiyənin İtaliya ilə ortaqlığı qartal qanadları kimi Aralıq dənizi və Şimali Afrikaya yayılır. Bu, sadəcə maraq birliyi deyil — ortaq tarix, coğrafiya və gələcəkdən qaynaqlanan strateji bir quruluşdur”, – deyə Fidan bildirib.

Qlobal güc balansının dəyişdiyi dövrdə Türkiyə-İtaliya əməkdaşlığının daha önəmli olduğunu qeyd edən nazir, hər iki ölkənin yalnız regionda deyil, onun hüdudlarından kənarda da təsir gücünə malik olduğunu vurğulayıb.

Fidan İtaliyanın artıq Türkiyənin aparıcı iqtisadi və ticarət tərəfdaşları arasında olduğunu qeyd edərək, iki ölkə arasında müdafiə sənayesi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, elm və texnologiya, investisiyalar və ticarət yolları sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
1
turkustan.az

2Mənbələr