AZ

Kamçatkada yenidən güclü zəlzələ - sunami təhlükəsi elan edilib

Kamçatka sahillərində  bu gün yenidən 7,7 bal gücündə zəlzələ baş verib.

Ölkə.az xəbər verir ki, bu barədə  Kamçatkanın qubernatoru Vladimir Solodov mıəlumat yayıb.
Onun sözlərinə görə, sunami xəbərdarlığı edilib. 

 Dağıntı barədə məlumat verilməyib.
Fövqəladə Hallar Nazirliyinin Kamçatka Departamenti  xəbərdarlıq edib ki, Aleut rayonunda sunami dalğasının hündürlüyü 26 sm-dən, Ust-Kamçatski rayonunda 37 sm-dən, Petropavlovsk-Kamçatski yaxınlığında isə 9 sm-dən çox ola bilməz.

Zəlzələ yerli vaxtla saat 14:37-də (Moskva vaxtı ilə 05:37) Petropavlovsk-Kamçatskidən 114 kilometr şərqdə baş verib. Zəlzələnin ocağı 39,5 km dərinlikdə yerləşib.

Mürtəza

Seçilən
30
3
olke.az

4Mənbələr