AZ

Aşıq sənətinin yeniyetmə və gənclərəöyrədilməsi dərsləri davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Aşıq Pəri” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihəsi çərçivəsində 6 sentyabrda Bakı şəhərində “Aşıq Ədalət Nəsibov” adına Musiqi Tədris Mərkəzinin ofisində növbəti 3-cü dərs keçrildi.

“Aşıq Pəri” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri və "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva  iştirakçıları salamlayaraq bildirdi ki, bu gün hər biriniz üçün başlanğıc olan bu yolda sizlərə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə sizlərin arasından adlı-sanlı ustad aşıqlar meydana çıxacaq. Bunun üçündə sizlər daim öz üzərinizdə işləməli verilən tapşırıqları yüksək bacarıqla həyata keçirməlisiniz. Sonra  söz  Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin əməkdaşı aşıq Cavanşir Quliyevə verildi. Aşıq Cavanşir Quliyev əvvəlki dərslərdə keçrilən mövzular haqqında qısa xatırlatma etdikdən sonra yeni mövzu haqqında uşaqlara ətraflı bilgi verərək onlara öz qabiliyyətlərini nümayiş etdirməyə şərait yaratdı.

Aşıq dərsi yeniyetmə və gənclərin aktiv  iştirakı ilə keçdi.

Tədbirin sonunda Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha öz təşəkkürünü bildirərək qeyd etdi ki, bu layihə qədim və milli irsimiz olan aşıq sənətinin yaşadılması istiqamətində dövlətlə vətəndaş cəmiyyətinin əməkdaşlığının ən bariz nümunələrindən biridir.

Xatırladaq ki, 3 aylıq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə 10 dəfə aşıq dərsləri keçriləcək.



Seçilən
0
herbiand.az

1Mənbələr