AZ

Xalq artisti fəxri adların ləğvindən danışdı: “Əbülfəs Qarayev də demişdi ki...”- FOTO+ÖZƏL

“Yeni mövsümün açılışı ilə əlaqədar olaraq sentyabr ayının 13-də teatrımızın qarşısında açıq havada tədbir keçiriləcək. 14-də isə 153-cü mövsümün açılışı “Qarabağnamə” tamaşası ilə olacaq. Elçin Əfəndiyevin “Baş” romanı əsasında Mehriban Ələkbərzadənin səhnələşdirdiyi tamaşada da rol almışam. Yaşıma görə hələ ki, şikayətim yoxdur. Repertuarda bir neçə tamaşada oynayıram. Bir neçə tamaşada da dublyorum var. Bir gün mən oynayanda, növbəti gün digər həmkarlarım oynayır. Mən hər zaman gənclərə dəstəyəm. Bizdən əvvəlki sənətkarlar da imkan yaradırdılar ki, biz özümüzü göstərək. Heç kim səhnəni tutub dayanmayacaq ki. Biz də özümüzdən əvvəlki sənətkarlardan öyrəndiklərimizi gənclərə tövsiyyə edirik. Qoy onlar da inkişaf etsinlər, adlı-sanlı olsunlar”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafiq Əzimov deyib. 

Sənətkar fəxri adların ləğv olunması ilə bağlı söz-söhbətə də münasibət bildirib:

“Bu mövzu ilə bağlı keçmiş nazir Əbülfəs Qarayevin də müsahibəsini izlədim. O da dedi ki, biz hələ buna hazır deyilik. Baxmayaraq ki, xarici ölkələrdə belə fəxri adlar yoxdur. Bu SSRİ-dən qalma bir ənənədir. Hələ ki, fəxri adların ləğvi ilə bağlı söhbətlər gedir. Bizdə uşaqlar var ki, bu ada həqiqətən də layiqdirlər. Amma bir müddətdir heç kimə fəxri ad verilmir. Deyir ki, “od varsa, tüstüsü də mütləq çıxmalıdır”. Bu haqda əgər söhbət gedirsə, nəticəsi də olar. O qədər gənclər var ki, əməklərinin bəhrəsini görmək istəyirlər” deyə sənətkar bildirib.

1409159

Seçilən
3
moderator.az

1Mənbələr