AZ

“Ukrayna xüsusi xidmətlərinin gətirdiyi partlayıcılar dövlət çevrilişinə hazırlıq ola bilər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkəyə Ukrayna xüsusi xidmət orqanları tərəfindən gətirilən partlayıcı maddələr mümkün dövlət çevrilişi planının bir hissəsi ola bilər.

"Bu hadisələrin ölkədəki daxili siyasi proseslərlə, o cümlədən elan olunmuş 'hakimiyyətin devrilməsi' ilə əlaqəsi mümkündür. Görürsünüz ki, müxalifət tam ümidsiz vəziyyətdədir, zəifləyib və bu, əsas səbəbdir. Belə məqamlarda istənilən təxribat mümkündür", - deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, məsələ ciddi diqqət tələb edir və tam araşdırılacaq:
"Hər bir belə fakt tam şəkildə istintaqa cəlb olunmalı, ölkəmizə qarışıqlıq gətirməyə çalışanların kimliyi müəyyən edilməlidir".

Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iki Ukrayna vətəndaşını saxlayıb. Onların üzərində 2,4 kiloqram güclü partlayıcı - heksojen aşkarlanıb. Partlayıcı maddə 10 sentyabrda "Sarpı" sərhəd-keçid məntəqəsindən daxil olan, Ukrayna nömrəli "Mercedes-Benz" yük maşınında gizlədilmiş vəziyyətdə tapılıb.

Rəsmi məlumatlara görə, partlayıcılar Ukraynadan Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə Gürcüstana gətirilib. DTX iddia edir ki, SBU partlayıcıları Tbilisiyə göndərirdi, baxmayaraq ki, saxlanılan şəxslərdən biri yükün Rusiyaya aparıldığını və "Pautina" əməliyyatının təkrar olunması üçün nəzərdə tutulduğunu bildirib.

Hadisənin 4 oktyabrda keçiriləcək yerli seçkilərlə əlaqəsi də istisna edilmir. Müxalifətin bir hissəsi səsverməni boykot edir və həmin gün Tbilisidə kütləvi mitinq keçirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr