AZ

“Qarabağ” Azərbaycan futbolunun bayraqdarıdır”

“Azərbaycan futbolu ciddi yanaşma tələb edir.

Orada işlədiyim dövrdə hiss etdim ki, futbolun inkişafı üçün ciddi addımlar atılır.

“Qarabağ” Azərbaycan futbolunun bayraqdarıdır. Komandanın ikinci dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bunun göstəricisidir”.

Bunu “Qəbələ” və “Neftçi”nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.

Təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi (1:1) ilə keçirilən oyun barədə təəssüratlarını bölüşüb:

“Matçdan əvvəl favorit olduğumuz məlum idi. Yüksək səviyyəli oyunçularımız var və onlar aparıcı liqalarda çıxış edirlər.

Amma Azərbaycanın da müəyyən gücü var. Azərbaycanlıların meydanda müsbət nəticə üçün bütün ümidlərini əllərindən almağımızı istərdim, amma hər şey belə alınmadı.

Nəticə bizim üçün o qədər də yaxşı deyil. Futbolçularımız meydana çıxanda hiss etməlidirlər ki, Azərbaycan kimi komandaya qalib gəlmək, dominant futbol oynamaq lazımdır”./Sportinfo.az /

Seçilən
34
3
musavat.com

4Mənbələr