AZ

Husilər Təl-Əvivə hipersəs raket zərbəsi endirdiklərini açıqlayıb

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.

7News.Az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

"Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib", – o deyib.

Sariyanın sözlərinə görə, hücumun məqsədi Fələstin xalqına dəstək olub.

"Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o əlavə edib.
 

Seçilən
47
8
7news.az

10Mənbələr