AZ

14 yaşlı oğlanın öldüyü qəzada maşını azyaşlı sürürmüş

Baş Dövlət Yol Polisi İdarəsi Ağdamda 14 yaşlı yeniyetmənin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsində avtomobili azyaşlı idarə edib.

"Azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”, - deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edilib ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar: “Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər”.

Seçilən
4
10
modern.az

10Mənbələr