AZ

Paytaxtda daha üç kuryer 17 kq narkotiklə saxlanılıb (VİDEO)

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrininəməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərəksatışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşıəməliyyatlar keçirilib.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbətitədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov vətanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar.

Bildirilib ki, onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana,heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraqgötürülüb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqlaaraşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazancmüqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarınıetiraf ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəlişəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmalarıistiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Seçilən
0
10
az.trend.az

10Mənbələr