AZ

193 ölkədən 46-sı Rusiyanın Polşa dronlarına görə məsuliyyətini tanıyıb

Polşanın hava məkanına daxil olan dronlarla bağlı Rusiya ilə əlaqədar bəyanata 193 ölkədən yalnız 46-sı qoşulub.

Musavat.com xəbər verir ki, bəyanatı imzalayan ölkələr arasında Polşa, Avstriya, Belçika, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İtaliya, İspaniya, Norveç, Cənubi Koreya, ABŞ, Ukrayna, Fransa və Yaponiya yer alır.

Bəyanatda vurğulanır ki, Rusiya Polşanın hava məkanını 19 dəfə pozaraq “münaqişənin eskalasiyasına səbəb olub”.

Sənəddə qeyd edilir:

“Rusiyanın məsuliyyətsiz hərəkətləri yalnız beynəlxalq hüququn pozulması deyil, həm də regionu son illərdə olduğundan daha təhlükəli bir münaqişə həddinə yaxınlaşdıran destabilizasiyaedici eskalasiyadır”.

Buna baxmayaraq, bəyanatda Rusiyanın dronları qəsdən Polşaya göndərdiyi açıq şəkildə göstərilmir.



Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr