AZ

ABŞ Yaponiyaya çağırış etdi

ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin Dövlətinin tanınmaması üçün Yaponiyaya çağırış etdiyi iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, rəsmi Kyodo agentliyinin diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ diplomatik kanallar vasitəsilə Tokio hökumətinə müraciət edib.

Fransa Xarici İşlər naziri Jan-Noel Barrotun həftə içi yapon həmkarı ilə telefon danışığında “Fələstin Dövlətinin tanınmasını” istədiyi bildirilib.

Xatırladaq ki, İngiltərə, Kanada, Fransa və Avstraliya da daxil olmaqla bir sıra ölkələr, yaxınlaşan BMT Baş Assambleyasında Fələstin Dövlətini rəsmi şəkildə tanımaq planlarını açıqlayıblar.

Seçilən
7
cebheinfo.az

1Mənbələr