AZ

“STAR” qəzeti: Türkiyə Aİ-nin yenidən silahlanma proqramlarında iştirak etməyə hazırdır

Ankara, 13 sentyabr, AZƏRTAC

Türkiyə Avropa İttifaqının kredit fondunun proqramlarında iştirak etmək üçün rəsmi ərizə təqdim edib. Bu çərçivədə ayrılacaq vəsait kollektiv silah tədarükünə yönəldilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “STAR” qəzeti Aİ-nin yeni fondunun 150 milyard avro məbləğində qiymətləndirildiyini xatırladaraq yazır.

Əsasən, bu proqram raketlərin, raket əleyhinə müdafiə sistemlərinin, pilotsuz uçuş aparatların, sursatların, quru qoşunları üçün avadanlıqların, mühüm infrastruktur elementlərinin, mühafizə vasitələrinin tədarükünə aid olacaq.

Nəşr qeyd edir ki, Türkiyə ilə yanaşı, Cənubi Koreya da Avropa İttifaqının kredit fondunun proqramlarında iştirak etməyə can atır.

Hər iki ölkənin müraciətləri Aİ Şurası üçün tövsiyələr hazırlayacaq Avropa Komissiyası tərəfindən nəzərdən keçirilir.

Nəşr qeyd edir ki, Türkiyənin Yunanıstan və yunan Kipri ilə münasibətlərində yaranan gərginlik fonunda Seulun xeyrinə qərar daha mümkün görünür.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Seçilən
26
1
azertag.az

2Mənbələr