AZ

“Ay-ulduzlular” möcüzəyə yaxın idi...

Taylandda keçirilən qadın voleybolçular arasında dünya çempionatı bazar günü başa çatdı.

Yarımfinalda Türkiyə Yaponiya üzərində inamlı, İtaliya isə Braziliya üzərində çətin qələbə qazandı.

Bazar günü əvvəlcə 3-cü yer uğrunda oyun keçirildi. Yaponiya Braziliya ilə oyunda 0:2 geri düşsə də, hesabı bərabərləşdirməyi bacardı. Sonuncu – 5-ci setdə yaponlar iki dəfə matçbolu reallaşdıra bilmədi və Braziliya bundan yararlandı. Bu ölkənin yığması tarixində 2-cü dəfə DÇ-nin bürünc medalını qazandı. Komandanın hesabında 4 gümüş də var.

Dünya çempionluğu isə italiyalı xanımlara qismət oldu. Finalda da amansız, gərgin mübarizə yaşandı. İtaliya iki dəfə önə çıxdı, “filənin sultanları” hər dəfə hesabı bərabərləşdirdi. Ancaq sonuncu setdə apenninli qızlara müqavimət göstərmək mümkün olmadı. İtaliya tarixində 2-ci dəfə dünya çempionluğuna sevindi, Türkiyə isə gümüş medalla kifayətləndi. Qardaş ölkənin yığması ilk dəfə finala çıxmışdı.

yarımfinal
Yaponiya - Türkiyə 1:3 (25:16, 17:25, 18:25, 25:27)
İtaliya – Braziliya 3:2 (22:25, 25:22, 28:30, 25:22, 15:13)

3-cü yer uğrunda oyun
Yaponiya – Braziliya 2:3 (12:25, 17:25, 25:19, 29:27, 16:18)

final
Türkiyə - İtaliya 2:3 (23:25, 25:13, 24:26, 25:19, 8:15)

Seçilən
40
1
football-plus.az

2Mənbələr