AZ

Bu rayonda ikinci futbol klubu fəaliyyətə başladı

Bərdədə ikinci futbolu klubu yaradılıb. Yeni komanda «Karma» adlanır. Bir qrup yerli iş adamının formalaşdırdığı «Karma»nın sükanı arxasına Əli Quliyev gətirilib. Bərdə futbolunun ən tanınmış simasının çalışdırdığı kollektiv əsasən gənclərdən təşkil olunub. Onlar Region Liqasının növbəti mövsümündə mübarizə aparacaq.
«Karma»ya qədər «Bərdə» də bu çempionatda mübarizə aparıb. İki il öncə fəaliyyətə başlayan rayonun eyniadlı təmsilçisi gələn sezonda da çıxışını davam etdirəcək.
SPORTİNFO.AZ

Seçilən
24
1
sportinfo.az

3Mənbələr