AZ

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Hər il minlərlə tələbə təhsil almaq üçün rayonlardan Bakıya gəlir. Ancaq regionlar da iş yerlərinin sayı az olduğu, hətta bəzi sahələr üzrə ümumiyyətlə olmadığı  üçün onlar oxuyub-bitirdikdən sonra rayonlara qayıda bilmirlər və Bakıda qalırlar.

Tədris ili başladıqdan sonra isə Bakıdakı sıxlığa, tıxaclara bir daha şahid olacağıq. Əlbəttə, hər il minlərlə insanın şəhərə axını bu sıxlığı daha da artıracaq.

Bəs bu gedişlə 5-10 il sonra Bakıdakı demoqrafik vəziyyət necə olacaq? Bakı “iflic” ola bilər?

Bizim.Media mövzuyla bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib.

Deputat bildirib ki, hələ də  Bakıdakı tıxaclarla, demoqrafik məsələrlə bağlı müzakirələr aktuallaşmayıb, halbuki bu hazırda ən böyük problemlərdən biridir.

“Müvafiq qurumlar bu müzakirəni vacib məsələ kimi görməli, ictimaiyyətdən gələn təklifləri, təşəbbüsləri qiymətləndirməlidirlər”.

Millət vəkili bildirib ki, Bakıdakı sıxlığın azaldılması üçün rayonlarda əmək bazarı inkişaf etdirilməlidir.

“Bu istiqamətdə işlər görülür. Ancaq  bu yenə də Bakıdakı vəziyyəti yüngülləşdirmir. Sistemli şəkildə Bakıdan bölgələrə geri dönüşü, orada daha yaxşı yaşayışı təmin etməliyik. Hər hansı inzibati qaydada boşalma, pasport qeydiyyatına almamaqla insanları uzaqlaşdırmağı düşünsək, nəticə olmayacaq. Regionlarda şərait yaratmalıyıq ki, insanlar özləri həvəslənib, sevə-sevə işləməyə getsinlər”, - deyə Fazil Mustafa qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
24
2
bizim.media

3Mənbələr