AZ

Polşaya TƏCİLİ qırıcılar göndərilir, 46 ölkədən Rusiyanın HÜCUMUNA reaksiya - CANLI

Almaniya Polşa sərhədinə iki "Eurofighter" qırıcı təyyarəsi göndərəcək.

Bu barədə "The Wall Street Journal" mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərar pilotsuz uçuş aparatı insidentindən sonra ölkənin hava məkanının patrulunu genişləndirmək və Şərqi Avropada hava müdafiəsini gücləndirmək məqsədilə qəbul olunub.

Polşanın hava məkanına daxil olan dronlarla bağlı Rusiya ilə əlaqədar bəyanata 193 ölkədən yalnız 46-sı qoşulub.

Musavat.com xəbər verir ki, bəyanatı imzalayan ölkələr arasında Polşa, Avstriya, Belçika, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İtaliya, İspaniya, Norveç, Cənubi Koreya, ABŞ, Ukrayna, Fransa və Yaponiya yer alır.

Bəyanatda vurğulanır ki, Rusiya Polşanın hava məkanını 19 dəfə pozaraq “münaqişənin eskalasiyasına səbəb olub”.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.

Seçilən
44
musavat.com

1Mənbələr