AZ

Qızılağac Milli Parkının ərazisində yanğın söndürülüb - YENİLƏNİB

Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)  məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.

 
Seçilən
57
21
musavat.com

10Mənbələr