AZ

BMT-yə üzv olan 50-yə yaxın ölkə Rusiyanın pilotsuz təyyarələrinin Polşaya hücumunu pisləyib

BMT-yə üzv olan 50-yə yaxın ölkə sentyabrın 10-na keçən gecə Rusiyanın Polşa hava məkanını işğal etməsini pisləyib. Bu barədə Polşa xarici işlər nazirinin müavini Martin Boçatski bəyan edib

Polşa xarici işlər nazirinin müavini bildirib ki, Rusiya Federasiyası sentyabrın 10-na keçən gecə Ukrayna ərazisinə hücum edərək Polşanın hava məkanına 19 dəfə pilotsuz təyyarə tipli obyektlər daxil edib.

Onlar mülki şəxslərə, infrastruktura və aviasiya təhlükəsizliyinə real təhlükə törətdiyindən qabaqcadan zərərsizləşdirilib.

“Rusiyanın Ukraynaya təkrar genişmiqyaslı işğalının başlanmasından bəri ilk dəfədir ki, Polşanın ərazi bütövlüyü, eyni zamanda NATO və Aİ-nin hava məkanı belə görünməmiş və kütləvi miqyasda pozulub”.

Polşa və sənədi imzalayan ölkələr Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəni dərhal dayandırmağa, növbəti təxribatlardan çəkinməyə və BMT Nizamnaməsində təsbit olunmuş öhdəliklərə əməl etməyə çağırıb.

Bəyanatı Polşadan başqa, əksər Avropa ölkələri, o cümlədən Avstraliya, Kanada, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və ABŞ imzalayıb.

Sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya kütləvi hücum həyata keçirdi. Bəzi pilotsuz təyyarələr Polşanın hava məkanını işğal edib.

Polşanın baş naziri Donald Tusk gecə saatlarında hava məkanında 19 pilotsuz təyyarənin olduğunu bildirib. Lakin onlardan yalnız 4-ü vurulub.

Polşa baş nazirinin müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski deyib: Polşa hökumətində Rusiya pilotsuz təyyarələrinin Polşaya hücumunun planlaşdırılmış təxribat olduğuna dair bütün sübutlar var.

NATO Rusiyanın hücumu ilə bağlı 4-cü maddəni tətbiq edib. Bu, üzv dövlətlərə Şimali Atlantika Şurasındakı müttəfiqlərlə vəziyyəti müzakirə etməyə imkan verəcək.

Əziz MUSTAFA

Seçilən
17
oxumeni.az

1Mənbələr