AZ

Prezident Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Hamdi Kılıç dünyasını dəyişib. 

Sherg.az xəbər verir ki, Kılıçın vəfatı barədə xəbəri Prezidentin baş müşavirlərindən Cemil Ertem “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Ertem paylaşımında yazıb:
“Dəyərli iş yoldaşımız, Prezidentin Baş müşaviri Hamdi Kılıçı itirdik. Çox kədərləndim. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə səbir diləyirəm.”

28-ci çağırış AK Parti Ankara Millət vəkili namizədi və Prezidentin müşaviri Ahmet Çotuk da paylaşım edərək bildirib:
“Prezidentlik və baş nazirlik ofislərində uzun illər birgə çalışdığım hörmətli dostum, Prezidentin Baş müşaviri Hamdi Kılıçın vəfatını dərin kədərlə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə başsağlığı və səbir diləyirəm. Məkanı cənnət, məqamı uca olsun.”
Seçilən
1
sherg.az

1Mənbələr