"Football-plus.az" xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisi ilə qarşılaşmada daha diqqətli olmalarını vurğulayıb.
O, bütün səylərini səfərbər etməyin vacibliyini vurğulayıb:
"Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Sentyabrın 16-da doğma meydanda qələbə qazanmalıyıq".
49 yaşlı baş məşqçi komandasının azarkeşlərinə də səslənib:
"Bizi dəstəkləməyə davam edin, Çempionlar Liqası matçında da burda olun, çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".