AZ

5 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda təlim keçirlər

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər.

Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

Seçilən
7
27
publika.az

10Mənbələr