Avstraliya millisinin sabiq basketbolçusu Tiana Manqakaia 30 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Avstraliya Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2019-cu ildə basketbolçuya döş xərçəngi diaqnozu qoyuldu. İdmançı kimyaterapiya, ikiqat mastektomiya və rekonstruktiv cərrahiyyə əməliyyatı keçirib. Buna baxmayaraq, 2023-cü ildə xəstəlik yenidən qayıdıb və Manqakayanı karyerasını bitirməyə vadar edib.