AZ

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək. 

Səfər zamanı Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabr 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək.

Paşazadənin həmçinin, sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxışı gözlənilir.

Seçilən
18
14
anews.az

10Mənbələr