AZ

XƏBƏRDARLIQ – Sentyabrın 13-dən…

Günəşdəki nəhəng koronal dəlikdən yayılan axınlar 13–14 sentyabrda Yer kürəsini təsir altına alacaq.

Mütəxəssislər fırtınanın altı gün davam edə biləcəyini və 14–16 sentyabrda zirvəyə çatacağını bildiriblər. Proqnozlara görə, geomaqnit aktivliyi G2 və G3 gücündə olacaq.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, Günəş küləkləri nəticəsində Yer kürəsinin maqnetosferində nəzərəçarpacaq pozuntular gözlənilir.

Laboratoriyanın açıqlamasında qeyd olunub ki, ilkin hesablamalara əsasən G2 səviyyəsindən yuxarı fırtınalar ehtimal edilmir. Lakin dəqiq qiymətləndirmə yalnız Yer birbaşa pozulmuş kosmik sahəyə daxil olduqda aparıla biləcək.

Sentyabrın 10-da isə alimləri təəccübləndirən qəfil fırtına Yerə çarpdı. Əvvəlcə bu hadisənin Günəşdən atılan güclü partlayışla bağlı olduğu güman edilsə də, Yerə təsir edən hər hansı maddə aşkarlanmadı.

Seçilən
15
7times.az

1Mənbələr