AZ

Oktyabrın 4-də Gürcüstanda 2284 nəntəqədə səsəvermə elektron, 767 məntəqədə isə ənənəvi qaydada keçiriləcək

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Oktyabrın 4-də keçiriləcək seçkilərlə əlaqədar ölkə üzrə yaradılan 3051 seçki məntəqəsindən 2284-də səsəvermə elektron texnologiyalardan istifadə etməklə, 767 seçki məntəqəsində isə ənənəvi qaydada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani brifinqdə məlumat verib.

Onun sözlərinə görə, seçki administrasiyası seçkilərə intensiv hazırlığı davam etdirir.

“Tədris Mərkəzinin hazırladığı tədris planına əsasən rayon və məntəqə seçki komissiyalarında komissiya rəhbərləri, həm də komissiya üzvləri çoxmərhələli təlim keçirlər. Hazırlanmış kadrlar təbii ki, istər seçki gününə qədərki dövrdə, istərsə də seçki günü məntəqə seçki komissiyaları üçün çox vacibdir” - deyə, İoseliani bildirib.

Onun sözlərinə görə, vahid seçici siyahıları, ilkin variantları və ya açıq variantları artıq çap olunaraq bütün məntəqə seçki komissiyalarında yerləşdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
24
3
azertag.az

4Mənbələr