AZ

“Zirə”nin müdafiəçisi: “Qarabağ”ın qapıçısı mükəmməl oyun keçirdi”

"Hər kəs bilir ki, "Qarabağ"a qarşı oyunlar gərgin məcrada keçir. İstər səfər, istərsə də ev matçları belədir".

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin fufbolçusu Ruan Renato deyib.

Braziliyalı müdafiəçi "Qarabağ"la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının IV turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb: "Komandamız bu görüşdə də xüsusi iş gördü. Xüsusən də müdafiə planında. "Qarabağ"a qarşı oynayırsansa, rəqib ikinci hissədə topa daha çox nəzarət edən tərəf olur. Biz müdafiə planında yaxşı dözdük. Qol vurmağı da bacarmışdıq. İkinci dəfə də fərqlənmək istəyərdik. Qol şansları yaratdıq, amma faydalana bilmədik. Ümumilikdə komanda bu gün matçda yaxşı iş gördü".

Renato əlavə edib ki, qol vurmaq üçün kifayət qədər şansları olub: "İkinci qolu niyə vura bilmədik? Xüsusi bir şey qeyd edə bilməzdim. Birinci qoldan sonra kifayət qədər şanslar yaratdıq. İkinci qoldan sonra bir az daha rahat oynaya bilərdik. Müdafiə planında böyük iş gördük. Amma bu, o demək deyil ki, hücumda passiv idik. Çox cəhdlərimiz oldu. Bəzən futbolda belə hallar baş verir. Rəqib komandanın qapıçısı mükəmməl oyun keçirdi".

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr