AZ

"Addım-addım daha yaxşı olacağıq" - "Araz-Naxçıvan"ın futbolçusu

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade Misli Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə səfər matçından (2:0) sonra Sportal.az saytına müsahibə verib:

- Oyunla bağlı təəssüratların necədir?

- Çətin oyun oldu. İlk hissədə qol vurmaq üçün imkanlarımız var idi, amma dəyərləndirə bilmədik. İkinci hissədə daha güclü başladıq. Birinci qolu vurmağa çalışdıq və buna nail olduq. Sonda oyunu qazandıq və ən vacib olan budur

- Komanda oyun ərzində, xüsusilə də ilk hissədə bir sıra ötürmə səhvləri etdi. Sizcə, bu nədən irəli gəlirdi?

- Bəli, düzdür. Bunun üzərində işləməliyik. Mən özüm də işləməliyəm. Oyunda daha yaxşı qərarlar vermək üçün daha çox təcrübə və zaman lazımdır. Addım-addım daha yaxşı olacağıq.

- Milli fasilə barədə nə deyə bilərsən? Bu fasilə məşqlərə, həmçinin oyununuza müsbət, yoxsa mənfi təsir etdi?

- Məncə, bir az mənfi oldu. Milli fasilədən sonra həmişə çətin olur. Biz bir həftə məşq etdik, amma heç bir oyun, hətta yoxlama matçı da keçirmədik. Buna görə də belə fasilədən sonra ritmə qayıtmaq asan olmur.

- Bu mövsüm üçün şəxsi hədəflərin və komandanın məqsədləri barədə nə deyə bilərsiniz?

- Mənim şəxsi məqsədim yaxşı oynamaq və komandaya kömək etməkdir. Klub olaraq hədəfimiz oyun-oyun yanaşmaq, mümkün qədər çox qələbə qazanmaq və hər oyunda daha yaxşı performans göstərməkdir.

- Sabiq komandan "Qarabağ" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Üç gün sonra onların "Benfika" iləoyunu var. "Qarabağ"ın indiyə qədərki və bundan sonrakı çıxışı barədə nə deyə bilərsən?

- Məncə çox yaxşı mövsüm keçirirlər. Çempionlar Liqasına düşmək böyük uğurdur. Hamı onlar üçün sevinir. Orada mənim də bir sıra yaxın dostlarım var, daim əlaqədəyik. Mən onlara növbəti oyunlarda uğurlar arzulayıram və təbii ki, hər zaman dost kimi dəstək olacağam.

- Milli komandan Kabo-Verde dünya çempionatına çıxmağın bir addımlığındadır. Bu barədə nə düşünürsən?

-Bəli, bu tarixi andır. Hamı çox xoşbəxtdir, çünki biz ilk dəfə bu mərhələyə çatmışıq. Qarşıda hələ bir oyun var və ümid edirəm ki, o addımı atıb dünya çempionatına vəsiqə qazanacağıq.

- Son oyunda milliyə çağırılmamışdın. Əgər komandan DÇ-a vəsiqə qazansa, gələn il heyətdə olacağını düşünürsən?

- Bunun üçün mabarizə aparıram. Hər oyunda ən yaxşısını göstərməyə çalışıram. Son oyunlarda millidə olmadım. Bu, baş məşqçinin qərarı idi və mən buna hörmətlə yanaşıram. Amma əlbəttə, milli komandada olmaq və ölkəmi təmsil etmək üçün çalışmağa davam edəcəyəm.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
42
2
sportal.az

3Mənbələr